“Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Media Reyestri şəhadətnaməsinin forması" təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 sentyabr 2022-ci il
№ 375
Media Reyestri şəhadətnaməsinin forması
AZƏRBAYCAN RESPUBLİKASININ MEDİA REYESTRİ ŞƏHADƏTNAMƏSİ
Qeydiyyat № __________
__________________________________________________________________ (Şəhadətnaməni verən qurumun adı) __________________________________________________________________ (media subyektinin adı, VÖEN-i, hüquqi və faktiki ünvanı) ____________________________________-____________________________ (media subyektinin idarəetmə orqanının rəhbərinin soyadı, adı, atasının adı (hüquqi şəxs olduqda)
Şəhadətnamənin verildiyi tarix __________________________________________________
Bu sənəd səlahiyyətli şəxsin elektron imzası ilə imzalanmışdır.
|
_____________ nömrəli Media Reyestri şəhadətnaməsinin əlavə vərəqi
|
Qeyd: Media Reyestrinə daxil edilmiş media subyektinin redaksiyası mövcud olduqda, Media Reyestri şəhadətnaməsinə "Media Reyestri şəhadətnaməsinin əlavə vərəqi" əlavə edilir.