MULTİPLEKS OPERATORU
Multipleks operatoru – birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxsdir.
Multipleks operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir. Multipleks operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.
Multipleks operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.
Multipleks operatoruna lisenziya verilməsi, habelə multipleks operatorunun istifadəsinə radiotezlik (radiotezliklər) verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əsasında müsabiqə elan etməlidir.
Müsabiqədə iştirak etmək üçün zəruri olan sənədlərin siyahısı müsabiqə elanında göstərilir.