Yayım Tənzimliyici Orqanlarının Avropa Platforması (EPRA)
1995-ci ilin aprel ayında Maltada təsis olunan Yayım Tənzimliyici Orqanlarının Avropa Platforması (European Platform of Regulatory Authorities – EPRA) aşağıdakı məqsədləri güdən qeyri-formal bir forumdur:
- Yayım sahəsində Tənzimləyici Orqanlar arasında fikir mübadiləsi və müzakirələr;
- Milli və Avropa yayım tənzimləmə qanunvericiliyinin ümumi məsələləri barədə informasiya mübadiləsi;
- Yayım qanunvericiliyinin təfsir və tətbiqində olan hüquqi problemlərin praktiki həllinin müzakirəsi.
EPRA – yayımçıların müvafiq mövzular üzrə geniş müzakirələr aparmaq üçün açıq bir şəbəkədir. Hal-hazırda Avropanın 55 yayım tənzimləmə orqanı EPRA-nın üzvüdür. Avropa Komissiyası, Avropa Şurası, Avropa Audiovizual Rəsədxanası, ATƏT-in Media Azadlığı Bürosu bu şəbəkənin daimi müşahidəçiləridir. EPRA-nın toplantısı ildə iki dəfə (adətən yazda və payızda) hər dəfə bir yayım tənzmiləyici qurumun dəvəti ilə toplanır. EPRA-nın Katibliyi Fransanın Strasburq şəhərində Avropa Audiovizual Rəsədxanasının binasında yerləşir.
Azərbaycan Respublikası Audiovizual Şurası 2007-ci ildən EPRA-nın üzvüdür.