Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şuranın qərarı ilə “Digitürk Azərbaycan” MMC-yə universal platforma operatoru lisenziyası verilmişdir

 

21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya "Digitürk Azərbaycan" MMC tərəfindən edilmiş müraciət müzakirə olunmuşdur. Sənədlərə və müvafiq şöbələrin hazırladıqları rəylərə baxışdan sonra "Digitürk Azərbaycan" MMC-yə (operator xidmət adı: "Digitürk Azərbaycan") universal platforma operatoru lisenziyasının verilməsi barədə qərar qəbul olunmuşdur.