Azərbaycan Respublikası Audiovizual Şurası

PEYK YAYIMI HƏYATA KEÇİRMƏYƏN PLATFORMA YAYIMÇISI

 

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı - audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatorlarının paketlərində, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxsdir.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısının redaksiyası Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməlidir və gündə minimum 6 saat yayım həyata keçirməlidir.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı praym-taymda (televiziya və radio yayımı üçün praym-taym vaxtları Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən müəyyən olunur) yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin etdikdə, reklam yayımları həyata keçirə bilər.

Birbaşa internet üzərindən yayımlanan platforma yayımçısı yuxarıda qeyd olunan tələblərlə yanaşı, veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı, habelə yayımı özünün veb-saytından həyata keçirməlidir.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edilir:

Ərizəçi fiziki şəxs olarsa:

  • Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış, fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş müşayiət məktubu;
  • Fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizə forması təqdim olunur);
  • Fiziki şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
  • Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • Fiziki şəxsin xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, fiziki şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • Yayımçının (redaksiyanın) adı, logotipi və ya emblemi (elektron versiyada – minimal 600x600dpi JPEG/JPG şəkil formatında);
  • Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • Fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş iqtisadi əsaslandırma (yayımın iqtisadi konsepsiyası, məzmun konsepsiyası, hədəf auditoriyası, fəaliyyət üçün nəzərdə tutulan ştat tərkibi, texniki imkanlar (avadanlıqlar) haqqında məlumat və s.).

 

Ərizəçi hüquqi şəxs olarsa:

  • Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş müşayiət məktubu;
  • Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizə forması təqdim olunur);
  • Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti; nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • Yayımçının (redaksiyanın) adı, logotipi və ya emblemi (elektron versiyada – minimal 600x600dpi JPEG/JPG şəkil formatında);
  • Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş iqtisadi əsaslandırma (yayımın iqtisadi konsepsiyası, məzmun konsepsiyası, hədəf auditoriyası, fəaliyyət üçün nəzərdə tutulan ştat tərkibi, texniki imkanlar (avadanlıqlar) haqqında məlumat və s.).

 

Təqdim edilmiş sənədlər qeydiyyata alındığı gündən 10 (on) iş günü müddətində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən baxılır və lisenziyanın verilməsi və ya verilməsindən imtina edilməsi haqqında qərar qəbul olunur.

Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər.