Audiovizual Şura 2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsünü açıqlamışdır
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında cari ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:
- 22,9% - informasiya və analitik proqramlar
- 15,7% - idman proqramları
- 15,7% - musiqi və əyləncəli proqramlar
- 14,1% - bədii filmlər və seriallar
- 11,3% - reklam məzmunlu materiallar
- 8,6% - mədəni-maarif janrında proqramlar
- 3,7% - anonslar, elanlar
- 2,9% - sənədli film və materiallar
- 2,9% - sosial proqramlar
- 1,2% - sosial çarxlar
- 1,0% - uşaq proqramları və cizgi filmləri
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.