Azərbaycan Respublikası Audiovizual Şurası

REGİONAL YERÜSTÜ TELEVİZİYA YAYIMÇISI

 

Regional yerüstü televiziya yayımçısı - televiziya proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları Azərbaycan Respublikasının azı 2 (iki) inzibati ərazi vahidinin əhalisinin minimum 70 faizini əhatə edən yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxsdir.

Regional yerüstü televiziya yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.

İctimai yayımçı istisna olmaqla, regional yerüstü televiziya yayımçısına lisenziya müsabiqə əsasında verilir. Regional yerüstü televiziya yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 35.1-ci və ya 35.2-ci maddələrində nəzərdə tutulmuş məlumatlar əsasında müsabiqə elan etməlidir. 

Müsabiqədə iştirak etmək üçün zəruri olan sənədlərin siyahısı müsabiqə elanında göstərilir.