Milli Televiziya və Radio Şurasının 28 yanvar 2014-cü il tarixli 02/2 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 24, 32.3, 33.1.1, 187-1.0.1-ci maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 35.2-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.7-ci bəndini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.8-ci bəndinin tələblərini rəhbər tutaraq QƏRARA ALIR:
ATV televiziyasınının efirində 12 yanvar 2014-cü il tarixdə saat 17:00 və 18:00 intervalında canlı yayımlan «Nə varsa» verilişində, 14 yanvar 2014-cü il tarixdə saat 17:00-da başlanan «Ümid var» verilişində qeyri etik məzmunlu ifadələrin işlədilməsinə, yanvar ayının 21-dən 27-dək olan müddətdə «ATV xəbər»in 18:00, 21:00-da efirə gedən buraxılışlarında davamlı olaraq «Eurohome» tikinti materialları bazarının reklamına həsr olunmuş süjetlərin yayımlanması, «ATV xəbər»in 22 yanvar saat 21:00 buraxılışında «Baku medikal plaza», 23 yanvar saat 21:00 buraxılışında «Milanor» mebel salonu, «Aosion» həşərat əleyhinə qurğular, 24 yanvar saat 21:00 buraxılışında «Bizim ev» mebel salonu, 25 yanvar 21:00 buraxılışında «City hospital» klinikası və «Simfoniya» dizayn mərkəzi, 27 yanvar saat 21:00-da «Amazon» kafesi barəsində reklam xarakterli materialların efirə verilməsi ilə əlaqədar olaraq “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan edilsin.
Nuşirəvan Məhərrəmov
Sədr