"İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
1. "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmanın 2.3-cü bəndində və Fərmanla təsdiq edilmiş Siyahının 2-7-ci bəndlərində nəzərdə tutulmuş orqanlar istisna olmaqla digər mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olan qurumların qanunvericiliyə əsasən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan, lakin dövlət qulluqçusu hesab edilməyən vəzifəli şəxslərinin dövlət qulluqçularına aid edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərmanla təsdiq edilmiş Siyahının 1-ci bəndində nəzərdə tutulan mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, iki ay müddətində həmin Siyahıda göstərilən vəzifələrə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərinin siyahılarım təsdiq etsinlər və dərc edildikdən sonra öz internet səhifələrində yerləşdirsinlər.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2007-ci il
№ 634
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
SİYAHISI [1]
1. Dövlət qulluğu haqqında qanunvericilik şamil edilən mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları adından:
1.1. dövlət orqanının rəhbəri;
1.2. dövlət orqanı rəhbərinin müavini;
1.3. dövlət orqanı aparatının rəhbəri;
1.4. dövlət orqanı aparatının rəhbərinin müavini;
1.5. dövlət orqanı aparatında şöbə müdiri, bölmə rəhbəri;
1.6. dövlət orqanı aparatında şöbə müdirinin müavini, bölmə rəhbərinin müavini;
1.7. dövlət orqanı aparatında sektor müdiri;
1.8. baş məsləhətçi;
1.9. böyük məsləhətçi;
1.10. mərkəzi icra hakimiyyəti orqanları yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri (rəhbərlərinin müavinləri), aparatının rəhbəri (rəhbərinin müavini), aparatının şöbə müdiri (müdir müavini) və sektor müdiri;
1.11. mərkəzi icra hakimiyyəti orqanları yanında olan, tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin rəhbərləri və rəhbərlərinin müavinləri. [2]
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından:
2.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 69-cu, 104.3-cü, 104.4-cü, 140-1-ci, 151.1–151.4-cü, 151-1–151-3-cü, 152.1-152.3-cü, 152-1.1-152-1.3-cü, 152-2.1-ci, 152-3-cü, 152-4-cü, 152-5-ci, 153.1-153.5-ci, 154.1-ci, 154.4-cü, 155.1-155.3-cü, 155.6-cı, 156-1–160-cı, 162-ci, 163.0.1-ci, 163.0.2-ci maddələrində, 161-ci, 163.0.3-163.0.10-cu, 163.0.13-cü maddələrində (öz səlahiyyətləri daxilində), 163.0.11-ci, 163.0.12-ci maddələrində, 163-1.1 – 163-1.3-cü, 164-cü maddələrində (öz səlahiyyətləri daxilində), 165-168-ci, 221.2-ci, 232-ci, 234-cü, 235-ci, 253-1-ci (öz səlahiyyətləri daxilində) 296-cı, 299-301-ci, 305-ci, 306-cı, 308-ci, 309-cu,327–329-cu, 331-ci, 339-342-ci, 344-348-ci və 348-2-ci (öz səlahiyyətləri daxilində)maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - daxili işlər naziri, onun müavinləri; [3]
2.2. Məcəllənin 151.1-151.4-cü, 151-1–151-3-cü, 152.1-152.3-cü, 152-1.1-152-1.3-cü, 152-2.1-ci, 152-3-cü, 152-4-cü, 152-5-ci, 153.1-153.5-ci, 154.1-ci, 155.1-155.3-cü, 155.6-cı, 156-1–160-cı, 162-ci, 163.0.1-ci, 163.0.2-ci maddələrində, 161-ci, 163.0.3-163.0.10-cu, 163.0.13-cü maddələrində (öz səlahiyyətləri daxilində), 163.0.11-ci, 163.0.12-ci maddələrində, 163-1.1 – 163-1.3-cü, 164-cü maddələrində (öz səlahiyyətləri daxilində), 165-ci, 166-cı, 221.2-ci , 253-1-ci (öz səlahiyyətləri daxilində)maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavini, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri; [4]
2.3. Məcəllənin 151.1–151.3-2-ci, 151-2-ci, 151-3-cü, 152.1-152.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci, 153.1-153.5-ci maddələrində, 154.1-ci maddəsində (fiziki şəxslər barəsində), 155.1-155.3-cü, 155.6-cı, 156-cı, 156-1-ci157-ci, 158.1-ci, 158-1-ci, 166.1-ci, 253-1-ci (öz səlahiyyətləri daxilində) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları; [5]
2.4. Məcəllənin 154.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, DYP-nin imtahan-qeydiyyat şöbələrinin rəisləri, onların müavinləri, bölmələrinin rəisləri, baş inspektorları və inspektorları, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət yol polisi idarəsinin rəisi, onun müavini; [6]
2.5. Məcəllənin 69-cu, 104.3-cü, 104.4-cü, 126.1.1-126.1.8-ci, 126.2-ci (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 140-1-ci, 167-ci, 168-ci, 232-ci, 234-cü, 235-ci, 296-cı, 298-ci, 299-cu, 301-ci, 305-ci, 306-cı, 308-ci, 309-cu, 327.1-ci, 328-ci, 329-cu, 340-342-ci və 344-348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri; [7]
2.5-1. Məcəllənin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin, bölmələrinin, qruplarının rəisləri, baş inspektorları və inspektorları; [8]
2.5-2. Məcəllənin 339-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri;
2.6. Məcəllənin 154.2-ci və 154.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi idarəsinin rəisi, onun müavini, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri; [9]
2.7. Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri;
2.8. Məcəllənin 348-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində) - Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri; [10]
2.9. Məcəllənin 69-cu maddəsində, 104.3-cü, 104.4-cü, 126.1.1-126.1.8-ci, 126.2-ci (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə) maddələrində, 161-ci maddəsində (öz səlahiyyətləri daxilində), 162-ci maddəsində, 163.0.1-163.0.11-ci maddələrində (öz səlahiyyətləri daxilində), 165-ci, 166.2-ci, 167-ci, 168-ci, 234-cü, 235-ci, 296-cı, 298-ci, 300-cü, 301-ci, 305-ci, 306-cı, 308-ci, 309-cu, 327.1-ci, 328-ci, 329-cu maddələrində, 331-ci maddəsində (öz səlahiyyətləri daxilində), 341-342-ci, 344-cü və 346-348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - polis sahə rəisləri. [11]
3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti adından:
3.1. Məcəllənin 150-1-ci, 258 (öz səlahiyyətləri daxilində), 334-336-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Xidmətin rəisi, onun birinci müavini, Xidmətin aparatının müvafiq idarəsinin rəisi; [12]
3.2. Məcəllənin 150-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Xidmətin aparatının müvafıq idarəsinin rəis müavini;
3.3. Məcəllənin 258-ci (öz səlahiyyətləri daxilində), 334-cü və 336-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - sərhəd diviziyasının komandiri, sərhəd dəstələrinin rəisləri; [13]
3.4. Məcəllənin 335-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - sərhəd diviziyasının komandiri, sərhəd dəstələrinin rəisləri, Xidmətin aparatının müvafiq idarə rəisinin müavini, şöbənin müstəntiqləri və təhqiqatçıları.
4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından:
4.1. Məcəllənin 258-ci (öz səlahiyyətləri daxilində), 259-291-ci, 293-cü, 294-cü, 295-ci və 326-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin sədri, sədrin birinci müavini və müavinləri, Komitənin aparatının Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, onun müavinləri, Komitənin sisteminə daxil olan: baş gömrük idarələri rəisləri və onların müavinləri; gömrük idarələrinin rəisləri və onların müavinləri; Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini; [14]
4.2. Məcəllənin 412-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 261.2-ci, 263-cü, 264-cü, 266.1-ci, 267-270-ci, 273-276-cı və 281-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Komitənin aparatının və Komitənin sisteminə daxil olan şöbələrin rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, inspektorlar.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından:
5.1. Məcəllənin 222.1-ci, 222.2-ci, 246-cı, 247-ci, 248-ci, 249-cu və 325-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - vergilər naziri, onun müavinləri, Nazirliyin aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi, onun müavinləri, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi, onun müavinləri, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, onun müavinləri, Bakı şəhəri Vergilər Departamentinin rəisi, onun müavinləri, ərazi vergilər idarələrinin rəisləri, onların müavinləri, rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi aparatının rəhbəri, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri. [15]
6. Azərbaycan Respublikasının Hərbi Komissarlığı adından:
6.1. Məcəllənin 349-cu, 350-ci, 352-ci, 353.2-ci və 354-356.1-ci, 356-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - hərbi komissar, onun müavinləri, Naxçıvan şəhər və rayon hərbi komissarları, Bakı və Gəncə şəhərlərinin hərbi komissarları, digər şəhər, rayon hərbi komissarları.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti adından:
7.1. Məcəllənin 326-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Xidmətin rəisi, onun müavini, Xidmətin müvafiq şöbələrinin rəisləri.
8. Azərbaycan Respublikasının Mərkəzi Bank adından:
8.1. Məcəllənin 222.3-cü, 222.4-cü, 223-2- 223-9-cu maddələrində, 247-1-ci maddəsində (bank olmayan kredit təşkilatlarına münasibətdə) , 247-2-ci maddəsində və 348-3-cü maddəsində (kredit təşkilatları, həmçinin lizinq xidmətləri göstərən kredit təşkilatlarına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Mərkəzi Bankın İdarə Heyətinin sədri, onun müavinləri, baş direktorlar, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru və onun müavinləri. [16]
9. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından:
9.1. Məcəllənin 187-1-ci və 187-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Şuranın sədri. [17]
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından:
10.1. Məcəllənin 223-1.1-ci maddəsində (qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə) və 348-3-cü maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - ədliyyə naziri, onun müavinləri, nazirliyin aparatının qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, regional ədliyyə şöbələrinin rəisləri; Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, nazirliyin aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi. [18]
10.2. Məcəllənin 326-4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - ədliyyə naziri, onun müavinləri, Nazirliyin aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri; Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Nazirliyin aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri. [19]
11. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından:
11.1. Məcəllənin 356.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - müdafiə naziri, onun müavinləri, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilati-Səfərbərlik İdarəsinin rəisi. [20]
12. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi adından:
12.1. Məcəllənin 348-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində) - milli təhlükəsizlik naziri, onun müavini, Nazirliyin müvafiq strukturlarının rəhbərləri (rəisləri).[21]
13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından:
13.1. Məcəllənin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində) - xarici işlər naziri, onun müavini, konsulluq idarəsinin rəisi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirləri və Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşları. [22]
14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından:
14.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77-ci, 85.0.4-cü, 107-ci, 114-cü, 115-ci, 144-cü, 196.0.3-196.0.6-cı, 253-1-ci, 302-304-cü, 316-cı maddələrində və 71-ci, 76-cı, 85.0.1-ci, 85.0.2-ci, 85.0.8-ci, 85.0.9-cu, 85.0.10-cu, 115-1-ci, 144-1-ci maddələrində, 155.1.9-cu, 159-cu, 161.1-ci, 196.0.1-ci, 301.0.7-ci, 301.0.8-ci, 320-ci, 320-1-ci, 321-ci maddələrində (öz səlahiyyətləri daxilində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə — fövqəladə hallar naziri, nazirin birinci müavini və nazirin müavinləri;
14.2. Məcəllənin 144-cü və 144-1-ci maddələrində (öz səlahiyyətləri daxilində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə — Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi, onun müavinləri;
14.3. Məcəllənin 253-1-ci, 302-304-cü və 316-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə — Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, onun müavinləri, müvafiq ərazi və regional Dövlət Yanğın Nəzarəti İdarələrinin rəisləri;
14.4. Məcəllənin 77-ci və 107-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi adından, 85.0.4-cü, 114-cü, 115-ci maddələrində və 71-ci, 76-cı, 85.0.1-ci, 85.0.2-ci, 85.0.8-ci, 85.0.9-cu, 85.0.10-cu, 115-1-ci, 159-cu, 301.0.7-ci, 301.0.8-ci, 320-ci, 320-1-ci və 321-ci maddələrində (öz səlahiyyətləri daxilində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi adından, 196.0.3-196.0.6-cı maddələrində və 161.1-ci, 196.0.1-ci maddələrində (öz səlahiyyətləri daxilində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi adından Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.10-cu bəndində nəzərdə tutulmuş vəzifəli şəxslər baxırlar. [23]
15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti adından:
15.1. Məcəllənin 330-cu, 331-ci, 339-cu, 340-cı və 340-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində) - Xidmətin rəisi, onun müavinləri, Xidmətin Miqrasiya nəzarəti baş idarəsinin rəisi, onun müavini, həmin baş idarənin idarələrinin rəisləri, onların müavinləri, müvafiq şöbələrinin rəisləri, baş inspektorları, regional miqrasiya idarələrinin rəisləri, onların müavinləri, həmin idarələrin müvafiq şöbələrinin rəisləri, baş inspektorları. [24]
16. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti adından:
16.1. Məcəllənin 348-3-cü maddəsində (lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru, onun müavini. [25]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 6 mart 2008-ci il tarixli 720 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 169)
2. 13 mart 2008-ci il tarixli 737 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 186)
3. 7 may 2008-ci il tarixli 753 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 363)
4. 2 iyun 2008-ci il tarixli 765 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 483)
5. 24 iyun 2008-ci il tarixli 786 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 504)
6. 2 dekabr 2008-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 dekabr 2008-ci il, № 271, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1057)
7. 6 fevral 2009-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 fevral 2009-cu il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 59)
8. 13 fevral 2009-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 73)
9. 13 fevral 2009-cu il tarixli 56 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 69)
10. 12 may 2009-cu il tarixli 89 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2009-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 321)
11. 24 iyun 2009-cu il tarixli 109 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 421)
12. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 02, maddə 80)
13. 11 mart 2010-cu il tarixli 229 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 56)
14. 15 mart 2010-cu il tarixli 233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 61)
15. 17 mart 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 62)
16. 10 iyun 2010-cu il tarixli 279 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 06, maddə 494)
17. 1 iyul 2010-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 606)
18. 9 avqust 2010-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 716)
19. 13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 725)
20. 1 oktyabr 2010-cu il tarixli 337 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 849)
21. 25 iyun 2011-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2011-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 512)
22. 12 sentyabr 2011-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2011-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 792)
23. 14 mart 2012-ci il tarixli 599 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 mart 2012-ci il, № 63, “Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 200)
24. 8 may 2012-ci il tarixli 628 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 421)
25. 17 oktyabr 2012-ci il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il, № 234)
26. 29 noyabr 2012-ci il tarixli 757 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 noyabr 2012-ci il, № 267, “Azərbaycan” qəzeti, 01 noyabr 2012-ci il, № 268)
27. 19 dekabr 2012-ci il tarixli 764 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 dekabr 2012-ci il, № 285, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289)
28. 5 fevral 2013-cü il tarixli 814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 fevral 2013-cü il, № 27, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31)
29. 10 aprel 2013-cü il tarixli 856 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 aprel 2013-cü il, № 74, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78)
30. 10 aprel 2013-cü il tarixli 858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 aprel 2013-cü il, № 75)
31. 17 aprel 2013-cü il tarixli 862 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 80)
32. 13 sentyabr 2013-cü il tarixli 979 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 sentyabr 2013-cü il, № 201)
33. 26 sentyabr 2013-cü il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 sentyabr 2013-cü il, № 213)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 6 mart 2008-ci il tarixli 720 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 169) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1-ci və 2.2-ci bəndlərdə "151.1-151.5-ci" rəqəmləri "151.1-151.4-cü" rəqəmləri ilə, "156-162-ci" rəqəmləri "156-160-cı, 162-ci" rəqəmləri ilə, "163.0.3-163.0. 10-cu" rəqəmləri "161-ci, 163.0.3-163.0.10-cu, 163.0.13-cü" rəqəmləri ilə əvəz edilmişdir, "152.1-152.3-cü," rəqəmlərindən sonra "152-1.1-152-1.3-cü, 152-2.1-ci, 152-3-cü, 152-4-cü, 152-5-ci" rəqəmləri əlavə edilmişdir.
[2] 24 iyun 2009-cu il tarixli 109 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 421) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.11-ci bəndindən “regional” və “ikili tabelikdə olan” sözləri çıxarılmışdır.
[3] 6 mart 2008-ci il tarixli 720 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 169) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1-ci bənddə "154-cü" rəqəmi "154.1-ci, 154.4-cü" rəqəmləri ilə əvəz edilmişdir.
2 iyun 2008-ci il tarixli 765 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 483) ilə 2.1-ci bənddə "və 344-348-ci" sözləri", 344-348-ci və 348-2-ci (öz səlahiyyətləri daxilində)" sözləri ilə əvəz edilmişdir.
24 iyun 2008-ci il tarixli 786 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 504) ilə 2.1-ci bənddə “234-cü,” rəqəmindən sonra “253-1-ci (öz səlahiyyətləri daxilində)” sözləri əlavə edilmişdir.
12 sentyabr 2011-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2011-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 792) ilə 2.1-ci bənddə “327–331-ci,” sözləri “327–329-cu, 331-ci,” sözləri ilə əvəz edilmişdir.
14 mart 2012-ci il tarixli 599 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 mart 2012-ci il, № 63, “Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 200) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.5-ci və 2.9-cu bəndlərindən “309-cu,” rəqəmi çıxarılmışdır.
8 may 2012-ci il tarixli 628 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 421) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci və 2.2-ci bəndlərindən “, 163.0.13-cü” sözləri çıxarılmışdır və “164-cü maddəsində” sözləri “163-1.1 – 163-1.3-cü, 164-cümaddələrində” sözləri ilə əvəz edilmişdir.
17 oktyabr 2012-ci il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il, № 234) ilə 2.1-ci bənddə “151.1–151.4-cü,” sözlərindən sonra “151-1-ci, 151-2-ci,” sözləri əlavə edilmişdir.
29 noyabr 2012-ci il tarixli 757 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 noyabr 2012-ci il, № 267, “Azərbaycan” qəzeti, 01 noyabr 2012-ci il, № 268) ilə 2.1-ci bənddə “69-cu,” sözlərindən sonra “104.3-cü, 104.4-cü,” sözləri əlavə edilmişdir.
10 aprel 2013-cü il tarixli 858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 aprel 2013-cü il, № 75) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci bəndində “298-301-ci” sözləri “299-301-ci” sözləri ilə əvəz edilmişdir.
17 aprel 2013-cü il tarixli 862 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 80) ilə 2.1-ci bənddə “151-1-ci, 151-2-ci” sözləri “151-1–151-3-cü” sözləri ilə, “156–160-cı” sözləri “156-1–160-cı” sözləri ilə əvəz edilmişdir, “152-1.1–152-1.3-cü, 152-2.1-ci,” sözləri çıxarılmışdır.
13 sentyabr 2013-cü il tarixli 979 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 sentyabr 2013-cü il, № 201) ilə 2.1-ci bənddən “154.4-cü,” sözləri çıxarılmışdır.
[4] 24 iyun 2008-ci il tarixli 786 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 504) ilə 2.2-ci bənddə “221.2-ci” rəqəmindən sonra “, 253-1-ci (öz səlahiyyətləri daxilində)” sözləri əlavə edilmişdir.
1 iyul 2010-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 606) ilə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1 və 2.2-ci bəndlərdə "155.1 — 155.3-cü," sözlərindən sonra "155.6-cı," sözü əlavə edilmişdir.
17 oktyabr 2012-ci il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il, № 234) ilə 2.2-ci bənddə “151.1–151.4-cü,” sözlərindən sonra “151-1-ci, 151-2-ci,” sözləri əlavə edilmişdir.
17 aprel 2013-cü il tarixli 862 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 80) ilə 2.2-ci bənddə “151-1-ci, 151-2-ci” sözləri “151-1–151-3-cü” sözləri ilə, “156–160-cı” sözləri “156-1–160-cı” sözləri ilə əvəz edilmişdir, “152-1.1–152-1.3-cü, 152-2.1-ci,” sözləri çıxarılmışdır.
[5] 24 iyun 2008-ci il tarixli 786 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 504) ilə 2.3-cü bənddən “157-ci,” rəqəmi çıxarılsın, “166.1-ci” rəqəmindən sonra “, 253-1-ci (öz səlahiyyətləri daxilində)” sözləri əlavə edilmişdir.
1 iyul 2010-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 606) ilə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.3-cü bənddə "155.2-ci," sözündən sonra "155.6-cı," sözü əlavə edilmişdir.
17 aprel 2013-cü il tarixli 862 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 80) ilə 2.3-cü bənddə “151.1–151.3-cü, 151.3-1-ci, 151-2-ci,” sözləri ”151.1–151.3-2-ci, 151-2-ci, 151-3-cü,” sözləri ilə əvəz edilmişdir, “152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci,” və “156-cı,” sözləri çıxarılmışdır.
[6] 5 fevral 2013-cü il tarixli 814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 fevral 2013-cü il, № 27, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 2.4-cü bənddə “bölmələrinin rəisləri,” sözlərindən sonra “baş inspektorları və inspektorları,” sözləri əlavə edilmişdir.
13 sentyabr 2013-cü il tarixli 979 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 sentyabr 2013-cü il, № 201) ilə 2.4-cü bənd ləğv edilmişdir.
[7] 29 noyabr 2012-ci il tarixli 757 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 noyabr 2012-ci il, № 267, “Azərbaycan” qəzeti, 01 noyabr 2012-ci il, № 268) ilə 2.5-ci bənddə “69-cu,” sözlərindən sonra “104.3-cü, 104.4-cü,” sözləri əlavə edilmişdir.
25 iyun 2011-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2011-ci il, № 138 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 512) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.3-cü bəndində “151.1-ci, 153.1-153.4-cü maddələrində, 154.1-ci maddəsində (fiziki şəxslər barəsində), 155.1-ci, 155.2-ci, 155.6-cı” sözləri “151.1-151.3-cü, 152.1-152.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci, 153.1-153.5-ci maddələrində, 154.1-ci maddəsində (fiziki şəxslər barəsində), 155.1-155.3-cü, 155.6-cı, 156-cı, 156-1-ci” sözləri ilə əvəz edilmişdir.
17 oktyabr 2012-ci il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il, № 234) ilə 2.3-cü bənddə “151.1–151.3-cü,” sözlərindən sonra “151.3-1-ci, 151-2-ci,” sözləri, “158.1-ci,” sözlərindən sonra “158-1-ci,” sözləri əlavə edilmişdir.
19 dekabr 2012-ci il tarixli 764 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 dekabr 2012-ci il, № 285, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci və 2.5-ci bəndlərində “104.4-cü,” sözlərindən sonra “140-1-ci,” sözləri əlavə edilmişdir.
5 fevral 2013-cü il tarixli 814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 fevral 2013-cü il, № 27, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 2.5-ci bənddə “331-ci, 339-342-ci” sözləri “340-342-ci” sözləri ilə əvəz edilmişdir.
10 aprel 2013-cü il tarixli 858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 aprel 2013-cü il, № 75) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.5-ci bəndindən “298-ci,” sözləri çıxarılmışdır.
26 sentyabr 2013-cü il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 sentyabr 2013-cü il, № 213) ilə 2.5-ci bəndə “104.4-cü,” sözlərindən sonra “126.1.1-126.1.8-ci, 126.2-ci (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə),” sözləri əlavə edilmişdir.
[8] 5 fevral 2013-cü il tarixli 814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 fevral 2013-cü il, № 27, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 2.5-1-ci və 2.5-2-ci bəndlər əlavə edilmişdir.
[9] 6 mart 2008-ci il tarixli 720 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 169) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.6-cı bənd çıxarılmışdır.
[10] 2 iyun 2008-ci il tarixli 765 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 483) ilə yeni məzmunda 2.8-ci bənd əlavə edilmişdir.
[11] 12 may 2009-cu il tarixli 89 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2009-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 321) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na 2.9-cu bənd əlavə edilmişdir.
9 avqust 2010-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 716) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1, 2.5 və 2.9-cu bəndlərində "234-cü," sözündən sonra "235-ci," sözü əlavə edilmişdir.
29 noyabr 2012-ci il tarixli 757 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 noyabr 2012-ci il, № 267, “Azərbaycan” qəzeti, 01 noyabr 2012-ci il, № 268) ilə 2.9-cu bənddə “Məcəllənin 69-cu maddəsində,” sözlərindən sonra “104.3-cü, 104.4-cü maddələrində” sözləri əlavə edilmişdir.
10 aprel 2013-cü il tarixli 858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 aprel 2013-cü il, № 75) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.9-cu bəndindən “298-ci,” sözləri çıxarılmışdır.
26 sentyabr 2013-cü il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 sentyabr 2013-cü il, № 213) ilə 2.9-cu bəndə “104.4-cü” sözlərindən sonra “, 126.1.1-126.1.8-ci, 126.2-ci (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə)” sözləri əlavə edilmişdir.
[12] 13 fevral 2009-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 73) ilə 3.1-ci bənddə"150-1-ci," rəqəmindən sonra "258 (öz səlahiyyətləri daxilində)," sözləri əlavə edilmişdir.
[13] 13 fevral 2009-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 73) ilə 3.3-cü bənddə"334-cü" rəqəmindən əvvəl "258-ci (öz səlahiyyətləri daxilində)," sözləri əlavə edilmişdir.
[14] 2 dekabr 2008-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 dekabr 2008-ci il, № 271, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1057) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 4.1-ci bəndində "Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin" sözləri "Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin" sözləri ilə əvəz edilmişdir və "Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsinin" sözləri "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin" sözləri ilə əvəz edilmişdir.
13 fevral 2009-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 73) ilə 4.1-ci bənddə "258-291-ci" rəqəmləri "258-ci (öz səlahiyyətləri daxilində), 259-291-ci" sözləri ilə əvəz edilmişdir.
[15] 10 aprel 2013-cü il tarixli 856 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 aprel 2013-cü il, № 74, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 5.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5.1. Məcəllənin 222.1-ci, 222.2-ci, 246-cı, 247-ci, 248-ci, 249-cu, 252-ci və 325-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - vergilər naziri, onun müavinləri, Nazirliyin aparatının rəhbəri, onun müavini, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Nazirliyin aparatının rəhbəri, onun müavini, ərazi vergi idarələrinin rəisləri, onların müavinləri, rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, Bakı Şəhər Vergilər Departamentinin rəisi, onun müavinləri, Bakı Şəhər Vergilər Departamentinin filiallarının rəisi, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan şəhər vergilər idarəsinin rəisi, onun müavini və rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəisi, onun müavinləri.
[16] 13 mart 2008-ci il tarixli 737 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 186) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 8.1-ci bəndində "223-2-ci" sözlərindən sonra ", 223-4-cü" sözləri əlavə edilmişdir.
13 fevral 2009-cu il tarixli 56 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 69) ilə "223-2-ci, 223-4-cü"rəqəmləri "223-2- 223-9-cu" rəqəmləri ilə əvəz edilmişdir, "kredit təşkilatlarına" sözlərindən əvvəl "bank olmayan" sözləri və "onun müavinləri," sözlərindən sonra "baş direktorlar," sözləri əlavə edilmişdir.
10 fevral 2010-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 02, maddə 80) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 8-ci və 8.1-ci bəndlərində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.
11 mart 2010-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 56) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 8.1-ci bəndində “nəzərdə tutulmuş” sözlərindən əvvəl “və 247-2-ci maddəsində” sözləri əlavə edilmişdir.
13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 725) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 8.1-ci bənddə “və 247-2-ci maddəsində” sözləri “, 247-2-ci maddəsində və 348-3-cü maddəsində (kredit təşkilatları, həmçinin lizinq xidmətləri göstərən kredit təşkilatlarına münasibətdə)” sözləri ilə əvəz edilmişdir.
[17] 10 iyun 2010-cu il tarixli 279 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 06, maddə 494) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı"nın 9.1-ci bəndində "187-1-ci maddəsində" sözləri "187-1-ci və 187-2-ci maddələrində" sözləri ilə əvəz edilmişdir.
[18] 13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 725) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 10.1-ci bənddə “(qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə)” sözlərindən sonra “və 348-3-cü maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına münasibətdə)” sözləri əlavə edilmişdir.
[19] 1 oktyabr 2010-cu il tarixli 337 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 849) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na 10.2-ci bənd əlavə edilmişdir.
[20] 7 may 2008-ci il tarixli 753 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 363) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na 10-cu və 11-ci bəndlər əlavə edilmişdir.
[21] 2 iyun 2008-ci il tarixli 765 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 483) ilə yeni məzmunda 12-ci bənd əlavə edilmişdir.
[22] 6 fevral 2009-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 fevral 2009-cu il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 59) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na yeni məzmunda 13-cü bənd əlavə edilmişdir.
[23] 15 mart 2010-cu il tarixli 233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 61) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı"na 14-cü bənd əlavə edilmişdir.
[24] 17 mart 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 62) ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı"na 15-ci bənd əlavə edilmişdir.
12 sentyabr 2011-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2011-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 792) ilə 15.1-ci bənddən “330-cu,” sözləri çıxarılmışdır və həmin bənddə “və 340-cı” sözləri “, 340-cı və 340-1-ci” sözləri ilə əvəz edilmişdir.
[25] 13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2010-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 725) ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na 16 cı bənd əlavə edilmişdir.