Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 23 / 24-11 (26 iyul 2024-cü il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 30.3-cü, 50.2.1-ci, 51.1-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. Peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya) lisenziyasının verilməsi üçün 29 iyul 2024-cü il tarixdən etibarən müsabiqə elan edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Kommunikasiya sektoru müsabiqə elanının və müsabiqənin keçirilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytında (www.acra.gov.az) yerləşdirilməsini və rəsmi qəzetdə dərc olunmasını təmin etsin.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn digər məsələlərin həll olunmasını təmin etsinlər.