Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şura 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil etmişdir

 

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

  • 23,4% - informasiya və analitik proqramlar
  • 16,0% - idman proqramları
  • 14,1% - reklam məzmunlu materiallar
  • 13,5% - musiqi və əyləncəli proqramlar
  • 12,8% - bədii filmlər və seriallar
  •   8,7% - mədəni-maarif janrında proqramlar
  •   3,3% - anonslar və elanlar
  •   3,1% - sənədli film və materiallar
  •   2,8% - sosial proqramlar
  •   1,2% - uşaq proqramları və cizgi filmləri
  •   1,1% - sosial çarxlar

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.