Azərbaycan Respublikası Audiovizual Şurası

“Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı" təsdiq edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2022-ci il

 

 

 

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 17 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
  1. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti – "AzTV" televiziya yayımçısı;
  2. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti – "İdman TV" televiziya yayımçısı;
  3. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti – "Mədəniyyət TV" televiziya yayımçısı;
  4. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti – "Azərbaycan Radiosu" radio yayımçısı;
  5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyət – "ASAN Radio" radio yayımçısı;
  6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyət – "Avto FM" radio yayımçısı. 

     

 

Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 17 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

 

  1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi;
  2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi;
  3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
  4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
  5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
  6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
  7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
  8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;
  9. Azərbaycan Milli Elmlər Akademiyası;
  10. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi.