Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə Maliyyə Hesabatı
Milli Televiziya və Radio Şurasına hesabat ilində illik plana əsasən Dövlət büdcəsindən 1.659.538,50 (Bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılmışdır. 2021-ci il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılmış və səkkiz özəl teleradio yayımçılarının hesabına köşürülmüşdür.
Dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 (bir yüz yetmiş doqquz min üç yüz altmış manat yetmiş doqquz qəpik) vəsait büdcəyə qaytarılmışdır.
Maliyyə və texniki nəzarət şöbəsi tərəfindən Dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun ştat cədvəli tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunmuş və nazirliklə razılaşdırıldıqdan sonra açılmış kreditdən istifadə olunmuşdur.
Milli Televiziya və Radio Şuası tərəfindən 15 fevral - 17 mart və 07 iyun - 07 iyul 2021-ci il tarixlərində elan edilmiş tender üzrə cəmi 2.600,00 (iki min altı yüz) manat büdcədənkənar vəsait daxil olmuş və bu vəsait dəftərxana ləvazimatlarının alınmasına sərf olunmuş, bundan başqa cari ildə verilmiş lisenziyalardan isə 1.620,00 (bir min altı yüz iyirmi) manat büdcədənkənar vəsait daxil olmuşdur. Bu vəsaitdən 1.030,13 (bir min otuz manat on üç qəpik) işçilərə mükafat olaraq verilmiş, qalan vəsait isə əmək haqqından tutulmalara və bank xidməti xərclərinə sərf olunmuş, 2,83 (iki manat səksən üç qəpik) vəsait isə büdcəyə qaytarılmışdır.
2021-ci ilin yanvar ayından etibarən 8 saylı Xəzinədarlıq Agentyilinə növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərc və tələbata uyğun xəzinədarlığa təqdim olunmuşdur. Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə uyğun işçilərə əmək haqqı və mükafatlar vaxtında ödənilmişdir. Əmək haqqından tutulmuş üzvlük haqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən sığorta haqqı, İcbari tibbi sığorta, vergilər) də vaxtında ödənilmişdir. Xərc maddələri üzrə; inzibati binanın icarəsi, rabitə xərcləri, işıqdan, sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətləri vaxtında həyata keçirilmişdir. Hesabat ilində limitə uyğun lazımi texniki və istehsal vəsaitləri və avadanlıqlar alınmışdır.
Rüblük və illik hesabatlar, həmçinin Milli Mühasibat Uçotu Standartlarına uyğun formalarla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmuşdur.
Milli Televiziya və Radio Şurası 01 noyabr 2021-ci il tarixli 010 saylı Sərəncamına əsasən 30.12.2021 tarixinə mal-material qiymətlilərinin inventarizasiyası aparılmış, köhnəlmiş, istifadəyə yararsız inventarlar, mal-materiallar dəyərlilərinin silinməsi aktı tərtib olunmuşdur.
Aylıq hesabatlar Maliyyə şöbəsi tərəfindən Yerli Statistika Orqanına, Məşğulluq İdarəsinə, Maliyyə Nazirliyinə, hər rübün axırında Hesablama Palatasına, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə, illik hesabatlar isə Əmlak Komitəsinə vaxtında təqdim olunmuşdur.
Ştatdankənar işçilərin (ekspert qrupu) fəaliyyət göstərməsi üçün maliyyələşmə açılmış və təyinatı üzrə istifadə olunmuşdur.