"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
- Ağayeva Kifayət Alay qızı
- Xudat-zadə Fikrət Əhməd oğlu
- Qaraşov Rafail Buruza oğlu
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2012-ci il
№ 2471