Azərbaycan Respublikası Audiovizual Şurası

"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Jurnalist” fəxri adı verilsin:

  • Cəbiyev Qafar Cəfər oğlu
  • Vəliyeva Sona Məhəmməd qızı

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2012-ci il

                № 2470