Azərbaycan Respublikası Audiovizual Şurası

"Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 11-ci bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər 6 il müddətinə Milli Televiziya və Radio Şurası üzvləri təyin edilsin:

  • Cəbiyev Qafar Cəfər oğlu
  • Ağayev Əlvan Həsən oğlu

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2007-ci il

№ 1941