"Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilsin:
6 il müddətinə:
- Məhərrəmov Nuşirəvan Umud oğlu
- Əlişanova Mehriban Nadir qızı
4 il müddətinə:
- Ağayev Əlvan Həsən oğlu
- Cəbiyev Qafar Cəfər oğlu
2 il müddətinə:
- Elyazov Mübariz Elyaz oğlu
- Xəlilov Aslan Xası oğlu
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2003-cü il
№ 1132