Azərbaycan Respublikası Audiovizual Şurasının 14 iyun 2023-cü il tarixli Qərarı № 22/23-07
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) rəqəmsal açıq televiziya paketinin yerüstü yayımının həyata keçirilməsi üçün 27-ci TV yayım kanalı ayrılsın.
- Proqramlarının yayımı qeyd olunan RTYS-dan həyata keçiriləcək ümumölkə yerüstü televiziya yayımçıları yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versinlər.
- Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.