Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqə
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü, 51.1-ci maddələrini rəhbər tutaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqə elan edir.
İlk mərhələdə yayımın həyata keçirilməsi üçün istifadə olunacaq radiotezlik:
"Bakı Teleqüllə Kompleksi"ndən: 88.7 MHs.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:
Ərizəçi hüquqi şəxs olarsa
- Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizənin formasını elanın aşağısındakı keçidlə yükləmək olar);
- Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surəti;
- Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
- Hüquqi şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
- Hüquqi şəxsin adı, hüquqi ünvanı və əlaqə vasitələri barədə məlumatlar;
- Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti;
- Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
- Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizənin formasını elanın aşağısındakı keçidlə yükləmək olar);
- Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti;
- Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
- Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat; məhkumluğunun olub-olmaması barədə arayış;
- Hüquqi şəxsin idarəetmə orqanı rəhbərinin (direktor, icraçı direktor, baş direktor) vəzifəyə təyin olunması haqqında sənədin (qərar, əmr, sərəncam və s.) surəti;
- Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti;
- Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
- Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizənin formasını elanın aşağısındakı keçidlə yükləmək olar);
- Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- Radio kanalın (redaksiyanın) adı;
- Radio kanalın (redaksiyanın) logotipi və ya emblemi (elektron versiyada: minimum 600x600 ölçüdə JPEG formatında);
- Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) vəzifəyə təyin olunması haqqında sənədin surəti;
- Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) şəxsiyyət vəsiqəsinin surəti;
- Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri haqqında məlumat;
- Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş iqtisadi əsaslandırma (yayımın iqtisadi konsepsiyası, məzmun konsepsiyası, hədəf auditoriyası, fəaliyyət üçün nəzərdə tutulan ştat tərkibi haqqında məlumat və s);
- Yayımı həyata keçirmək üçün texniki imkanlar (avadanlıqlar) barədə hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş məlumat;
- Yayımın janrı barədə hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş məlumat;
- Müsabiqədə iştirak haqqının (50 manat) ödənilməsini təsdiq edən sənəd. (Müsabiqədə iştirak haqqının ödənilməsi üçün rekvizitləri elanın aşağısındakı fayldan əldə etmək olar)
Ərizəçi fiziki şəxs olarsa
- Fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış ərizə (ərizənin formasını elanın aşağısındakı keçidlə yükləmək olar);
- Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- Fiziki şəxsin yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri haqqında məlmat;
- Fiziki şəxsin xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizənin formasını elanın aşağısındakı keçidlə yükləmək olar);
- İdarəetmə orqanı rəhbərinin (direktor, icraçı direktor, baş direktor) vəzifəyə təyin edilməsi haqqında sənədin (qərar, əmr və s.) surəti;
- İdarəetmə orqanı rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarınən (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, həmçinin ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizənin formasını elanın aşağısındakı keçidlə yükləmək olar);
- İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- Radio kanalın (redaksiyanın) adı;
- Radio kanalın (redaksiyanın) logotipi və ya emblemi (elektron versiyada: minimum 600x600 ölçüdə JPEG formatında);
- Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) vəzifəyə təyin olunması haqqında sənədin surəti;
- Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) şəxsiyyət vəsiqəsinin surəti;
- Redaksiyanın məsul redaktorunun (redaktor, baş redaktor, direktor və s.) yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri haqqında məlumat;
- Fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış iqtisadi əsaslandırma (yayımın iqtisadi konsepsiyası, məzmun konsepsiyası, hədəf auditoriyası, fəaliyyət üçün nəzərdə tutulan ştat tərkibi haqqında məlumat və s);
- Yayımı həyata keçirmək üçün texniki imkanlar (avadanlıqlar) barədə fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış məlumat;
- Müsabiqədə iştirak haqqının (50 manat) ödənilməsini təsdiq edən sənəd. (Müsabiqədə iştirak haqqının ödənilməsi üçün rekvizitləri elanın aşağısındakı fayldan əldə etmək olar)
Qeydlər:
- Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
- Sənədləri elektron formatda göndərmək üçün poçt ünvanı: senedqebulu@acra.gov.az. Notarial təsdiq tələb olunan sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasına əlbəəl təqdim edilməlidir.
- Sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında (Bakı şəhəri, AZ1138, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 315, 2-ci mərtəbə, otaq №23) 18 noyabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək iş günləri saat 10.00-dan 17.00-dək qəbul olunur.
- Əlaqə telefonu: (012) 598-32-24; (012) 434-81-07