Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənəd qəbulu başa çatmışdır

 

Ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 07 noyabr 2024-cü il tarixli 38/24-17 və 39/24-17 nömrəli qərarları ilə 18 noyabr tarixindən elan etdiyi 2 müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır. Hər bir müsabiqə üzrə Audiovizual Şuraya sənədlərini təqdim etmiş ərizəçilər aşağıdakılardır:

Birinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 88.7 MHs)

  1. "Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
  2. "Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
  3. Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
  4. "Balans Studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "ANS ÇM")

İkinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 92.5 MHs)

  1. "Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
  2. "Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
  3. Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
  4. "Üçbucaq Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Gənc FM")

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində Audiovizual Şura tərəfindən təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcəkdir.