Azərbaycan Respublikası Audiovizual Şurasının 17 fevral 2023-cü il tarixli Qərarı № 01/23-01
"Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 sentyabr tarixli 591-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" 2011-ci il 16 fevral tarixli 384 nömrəli, "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2011-ci il 1 iyul tarixli 463 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1876 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 noyabr tarixli 692s nömrəli Sərəncamının 4-cü hissəsinin icrasının təmin edilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikası Qanununun 47.1.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Audiovizual Şurası qərara alır:
- "Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
- "Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2011-ci il 27 iyul tarixli 04/2 nömrəli qərarı (2012-ci il 11 iyul tarixli 06/2 nömrəli qərarla edilmiş dəyişikliklərlə) ləğv edilsin.
- Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi (N. Cavadov) bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.