Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 09 / 25-02 (31 yanvar 2025-ci il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 58.1.1-cu maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Beeonline" Açıq Səhmdar Cəmiyyətinə universal platforma operatoru fəaliyyəti üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-018 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.