Azərbaycan Respublikası Audiovizual Şurası

PEYK YAYIMI HƏYATA KEÇİRƏN PLATFORMA YAYIMÇISI

 

Peyk yayımı həyata keçirən platforma yayımçısı - audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramların peyk yayım infrastrukturu vasitəsi ilə ötürülməsini və istifadəçilər tərəfindən birbaşa qəbulunu təmin edən hüquqi şəxsdir.

Peyk yayımı həyata keçirən platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən müqavilə əsasında multipleks və platforma operatorlarının paketlərində, habelə öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.

Peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əsasında müsabiqə elan etməlidir. 

Müsabiqədə iştirak etmək üçün zəruri olan sənədlərin siyahısı müsabiqə elanında göstərilir.