Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı № 3/1 - 25 aprel 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosunun efirində bir saatda yayımlanan reklam həcminin aşılmasına görə (13 dəqiqə 55 saniyə) "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 20.7-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-cı maddələrini rəhbər tutaraq qərara alır:
- "Azad Azərbaycan" radiosunun efirində 28 aprel 2022-ci il tarixdə proqramların yayımı 3 (üç) saatlıq müddətə (saat 21.00-dan saat 24.00-dək) dayandırılsın.
- "Azad Azərbaycan" radiosu, ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə audio məlumatı yayım dayandırılanda (28 aprel 2022-ci il tarixdə saat 21.00-da) və yayım bərpa olunanda (28 aprel 2022-ci il tarixdə saat 24.00-da) özünün efirində yayımlasın.
- Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.