Azərbaycan Respublikası Audiovizual Şurası

YUNESKO - Media və informasiya savadlılığının beş qaydası

YUNESKO (Birləşmiş Millətlər Təşkilatının ElmTəhsil və Mədəniyyət üzrə ixtisaslaşmış orqanı) 2018-ci ildə Media və informasiya savadlılığı sahəsində beş qayda qəbul etmişdir. Onların strategiyası Media və informasiya savadı XXI əsrdə həyat və iş üçün zəruri olan bilik, bacarıq və vərdişlər kompleksinə, hər iki sahə üçün ümumi olan anlayışların müəyyən edilməsinə yönəlib.

Media və informasiya savadlılığı gündəlik həyatımızda informasiya və medianın əsas rolunu qəbul edir, ifadə və məlumat azadlığının məğzini təşkil edir – çünki o, vətəndaşlara medianın və digər informasiya təminatçılarının funksiyalarını anlamaq, onların məzmununu tənqidi qiymətləndirmək, informasiya və media məzmununun istifadəçiləri və istehsalçısı kimi əsaslandırılmış qərarlar qəbul etmək imkanı verir.

Media və informasiya savadlılığı qaydaları bütün növ media və digər informasiya mənbələrini əhatə edir.

 

Media və informasiya savadlılığının beş qaydası:

Qayda 1 - İnformasiya, kommunikasiya, kitabxanalar, media, texnologiyalar və internet, eləcə də digər informasiya mənbələri vətəndaşların fəal ictimai həyata cəlb edilməsi və davamlı inkişafın təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Sadalananlar statuslarına görə bərabərdir və onların heç biri başqasından daha vacib deyil və heç bir şəraitdə belə hesab edilməməlidir.

Qayda 2 - Hər bir vətəndaş informasiya / biliklərin yaradıcısıdır. Hər kəsin informasiya / bilik əldə etmək və özünü ifadə etmək hüququ vardır. Media və informasiya savadlılığı insan hüquqları ilə sıx bağlıdır və hamıya – həm kişilərə, həm də qadınlara eyni dərəcədə nəzərdə tutulmuşdur.

Qayda 3 - İnformasiya, bilik və mesajlar həmişə neytral və ya qərəzsiz olmur. Bu faktı həm media və informasiya savadlılığının dərk edilməsi mərhələsində, həm də onunla iş zamanı hər bir vətəndaş nəzərə almalıdır.

Qayda 4 - Hər bir vətəndaş bu istəyini dərk etməsə, qəbul etməsə və ya ifadə etmirsə də,  yeni informasiya, bilik və mesajlar almaq, anlamaq və kommunikasiya qurmaq istəyir. Vətəndaşın bunu etmək hüququ heç vaxt pozulmamalıdır.

Qayda 5 - Media və informasiya savadlılığı bir anda əldə edilmir. Bu canlı və dinamik bir prosesdir. Media və informasiya savadlılığı - informasiya, media və texniki məzmun ilə işləmək üçün bilik, bacarıqlar və üsulları, eləcə də daxil olmaq, qiymətləndirmək, istifadə etmək, yaratmaq və onları ötürmək məsələlərini özündə birləşdirdikdə tamamlanmış hesab edilə bilər.

 

Mənbə: https://webarchive.unesco.org/20181207154048/http://www.unesco.org/new/en/communication-and-information/media-development/media-literacy/five-laws-of-mil/