Azərbaycan Respublikası Audiovizual Şurası

AM və FM radio yayım arasındakı əsas fərqlər

Hər iki üsul radiosiqnalların formalaşdırılması üçün istifadə olunur. Bu zaman yüksək tezlikli rəqslərin uyğun olaraq amplitudu və ya tezliyi məlumatın ötürülməsi üçün dəyişdirilir. AM-in FM-dən necə fərqləndiyini nəzərdən keçirək.

AM: Amplitud modulyasiyası

AM - radio siqnalların formalaşdirılmasının bir üsuludur. 1870-ci illərdə aşkar edilmişdir ki, audio məlumatlar radio dalğalarından istifadə etməklə uzaq məsafələrə ötürülə bilər. Adından göründüyü kimi, AM-də daşıyıcı rəqslərin amplitudu məlumat siqnalının ötürülməsi üçün dəyişdirilir. Amplitud məlumat siqnalının səviyyəsinə uyğun olaraq dəyişir, məsələn, modullayıcı siqnalın amplitudu azaldıqda daşıyıcı rəqslərin amplitudu da azalır və əksinə. Radioqəbuledicidə amplitudun dəyişikliklərini izləyən və müvafiq olaraq məlumat siqnalını yenidən yaradan demodulyator işlədilir.

 

FM: Tezlik Modulyasiyası

FM - radiodalğalar vasitəsilə məlumat ötürmək üçün işlədilən nisbətən yüksək keyfiyyətli bir üsuldur. FM-də məlumatın göndərilməsi üçün yüksək tezlikli rəqslərin cari tezliyi modullayıcı siqnala uyğun olaraq dəyişdirilir, məs. modullayıcı siqnalın amplitudu artdıqda yüksəktezlikli rəqslərin ani tezliyi artır və əksinə. Bu modulyasiya üsulu 1930-cu illərdə Edvin Hovard Armstronq tərəfindən icad edilmişdir.

 

Yuxarıda göstərilən məlumatlara əsaslanaraq, AM və FM radio yayım arasında əsas fərqləri aşağıdakı kimi göstərə bilərik:

 

AM: Amplitud modulyasiyası

FM: Tezlik Modulyasiyası

Daşıyıcı rəqslərin amplitudu məlumatların və ya informasiyanın ötürülməsi üçün dəyişdirilir.

Mərkəzi tezlik məlumatların ötürülməsi üçün dəyişdirilir.

535...1705 kilohers (kHs) tezlik diapazonunda işləyir.

88...108 Meqahers (MHs) tezlik diapazonunda radio yayımı aparılır.

İki yan zolağı var.

Tezlik zolağı sonsuzluğa gədər davam edir.

Bu metodda tezlik dəyişməz qalır.

Amplitudu sabit qalır.

Modulyasiya indeksi adətən 0-dan 1-ə qədər dəyişdirilir.

Modulyasiya indeksi həmişə 1-dən çox olur.

Uzaq məsafələrə ötürülə bilər, böyük əhatə radiusuna malikdir.

Uzaq məsafələrə ötürə bilmir, daha az əhatə  radiusuna malikdir.

AM siqnal ötürülməsinə ekvivalent məsafəyə FM siqnalın  ötürülməsindən daha az enerji sərf olunur.

FM siqnalının ötürülməsinə ekvivalent məsafəyə AM siqnalının ötürülməsindən daha çox enerji sərf edilir.

Maneələrə qarşı daha həssasdır, aşağı keyfiyyətə malikdir.

Maneələrə qarşı az həssasdır, yüksək  keyfiyyət təmin edir.

Siqnal təhrifə və korlanmağa daha həssasdır.

Siqnal təhrifə və korlanmağa daha az həssasdır.

Eyni tezlikdə iki və ya daha çox siqnal qəbul edilərsə, hər ikisi demodulyasiya olunur və bu da interferensiyaya səbəb olur.

Eyni tezlikdə iki və ya daha çox siqnal qəbul edilirsə, qəbuledici daha güclü siqnalı tutur və zəif olanı isə aradan qaldırır.

Sxemi sadədir.

Sxemi mürəkkəbdır və AM-dən baha başa gəlir.

10 kHz aralığında dar zolaq tələb olunur.

200 kHs aralığında geniş tezlik zolağı tələb olunur.

Orta tezliklərdə (MF) və yüksək tezliklərdə (HF) işlədilir.

Maneələrin az olduğu çox yuxarı tezliklərin yuxarı hissəsində (VHF) və ultra yuxarı tezliklərin aşağı hissəsində (UHF) radio yayımı aparılır.

Enerji itkisi daha böyükdür, çünki daşıyıcı tezliyin ötürülməsinə gücün böyük bir hissəsi sərf edilir, lakin bu tezlik özündə heç bir məlumat ehtiva etmir.

Enerji itkisi olmur, çünki ötürülən bütün güc informasiya siqnalına sərf olunur.

Qəbul edilmiş siqnal aşağı keyfiyyətə malikdir.

Qəbul olunmuş siqnal yüksək keyfiyyəti ilə seçilir.