Milli Televiziya və Radio Şurasının 27 dekabr 2021-ci il tarixli 12/4 nömrəli Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 30-cu, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.9-cu bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.9-cu maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6-cı bəndini rəhbər tutaraq qərara alır:
- "StarTelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – kabel və internet) üçün müddətsiz lisenziya verilsin.
- "StarTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – kabel və intenet) üçün nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsi təmin olunsun.
İsmət Səttarov
Sədr