Milli Televiziya və Radio Şurasının 27 dekabr 2021-ci il tarixli 12/1 nömrəli Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 30-cu, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.8-ci bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.8-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6-cı bəndini rəhbər tutaraq qərara alır:
- "Artkom.Net" Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilsin.
- "Artkom.Net" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – intenet) üçün nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsi təmin olunsun.
İsmət Səttarov
Sədr