Çap və onlayn media arasındakı fərq
Media kütləvi kommunikasiyada idman, təhsil, əyləncə, siyasət və s. kimi müxtəlif sektorlara aid informasiyanın və ya xəbərlərin qısa müddət ərzində geniş əhali kütləsinə yayılmasına kömək edən kütləvi kommunikasiya vasitələrinə aiddir. Çap mediası və onlayn media kütləvi informasiya vasitələrinin əsas formalarından ikisidir.
Gəlin onların bir-birindən nə ilə fərqləndiyini görək!
Çap mediası: Çap mediası məlumatların yayılmasının ən qədim vasitələrindən biridir. Bu, qəzetlər, jurnallar kimi fiziki çap mediasından istifadə edən məşhur reklam formasıdır. Çap mediası insanların daha geniş kütləsini əhatə etmək imkanına malikdir. Çap mediası çap üsulu ilə istehsal olunan, mətbəədə mürəkkəbdən istifadə edərək mətn və şəkilləri kağız üzərində təkrarlayan bir prosesdir. Başqa sözlə, insanlar arasında xəbərləri, mesajları, məlumatları yaymaq üçün çap texnologiyası və üsullarından istifadə edir. Çap mediasının iki əsas növünə aşağıdakılar daxildir:
- Qəzetlər: xəbərlər, məqalələr və reklam şəklində müntəzəm olaraq düzgün və etibarlı məlumatlar təqdim edir və oxucuların diqqətini cəlb etmək üçün onları cəlbedici bir şəkildə təqdim edir.
- Jurnallar: jurnal adətən mövzu məqalələr, müsahibələr, şərhlər, tədqiqat və təhlili ilə bağlı materiallar ehtiva edir və bir qayda olaraq, moda, avtomobil, sağlamlıq və s. kimi müəyyən bir mövzuya xüsusi diqqət yetirir.
Onlayn media: Onlayn media tamaşaçı (izləyici) ilə elektron cihazlarda, ağıllı telefonlarda (smartfonlarda) paylaşıla bilən və daha geniş əhaliyə yayımlana bilən mediadır. Onlayn media medianın əyani cəlbediciliyə malik olan güclü versiyasıdır və insanlar elektron cihazlarda, ağıllı telefonlarda (smartfonlarda) mətn və ya şəkillərə canlı baxa və ya oxuya bildiyi üçün daha inandırıcıdır. Onlayn media 24/7 aktiv olaraq qalır. Xəbər yeniləmələrini almaq üçün günün istənilən vaxtı elektron cihazlarda, ağıllı telefonlarda (smartfonlarda) və s.-də yenilənmiş xəbərlərlə, baş vermiş hadisələr haqda məlumatlarla dərhal tanış olmaq olur.
Yuxarıdakı məlumatlara əsasən, çap mediası ilə onlayn media arasındakı fərq cədvəl şəklində formalaşdırmaq olar:
Çap mediası | Onlayn media |
Çap mediası medianın ən erkən formalarından biridir. |
Onlayn media medianın daha təkmil formasıdır. |
Çap mediası öz formasını saxlamağa meyllidir. |
Onlayn media redaktə edilə bilər, məsələn insanlar məlumatları, videoları, mahnıları, mətnləri redaktə edə və sonra digər izləyicilərə göndərə bilərlər. |
Qəzet, jurnal çap etmək çox vaxt apardığı üçün çap mediası onlayn mediadan daha ləngdir. | Cəmi bir neçə dəqiqə əvvəl baş verən hadisə və ay faktın yazılması və yüklənməsi yalnız bir neçə dəqiqə çəkə biləcəyinə görə elektron media, çap mediasından daha sürətlidir. |
24/7 mövcud deyil, daha çox müntəzəm fasilələrlə dərc olunur: gündəlik qəzet, həftəli və ya aylıq jurnal... | 24/7 mövcuddur. |
Çap mediasının əhatə dairəsi məhduddur, məsələn, müəyyən bir bölgəni, şəhəri və s. əhatə edir. | Onlayn medianın əhatə dairəsi bütün dünyadır, bütün dünyaya məlumat ötürə bilər. |