Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 12 noyabr 2021-ci il tarixli 11/7 nömrəli Qərarı

Bakı şəhəri                                                                                            

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Mobil Yayım Sistemləri" kabel şəbəkəsi yayımçısının yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.7-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

"Mobil Yayım Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 30 iyul 2010-cu il tarixli, 062 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilsin.

 

 

İsmət  Səttarov

Sədr