Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 12 noyabr 2021-ci il tarixli 11/10 nömrəli Qərarı

Bakı şəhəri     

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Caspel" kabel şəbəkəsi yayımçısının yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.7-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

"Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 18 mart 2016-cı il tarixli, 132 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilsin.

 

İsmət  Səttarov

Sədr