Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 12 iyul 2021-ci il tarixli 09/2 saylı Qərarı

Bakı şəhəri 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Araz" radiosunun efirində proqramda sponsor reklamının həcminin aşılmasına görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq qərara alır:

  1. "Araz" radiosunun efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımı 3 (üç) saatlıq müddətədək (saat 21:00-dan saat 00:00-dək) dayandırılsın.
  2. "Araz" radiosu, ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə audio məlumatı (mətn əlavə olunur) Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (18 iyul 2021-ci il tarix saat 21:00-da və 18 iyul 2021-ci il tarixdə saat 23:59-da) özünün efirində yayımlamalıdır.
  3. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.

 

İsmət  Səttarov

Sədr