Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 07 aprel 2021-ci il tarixli 05/1 saylı Qərarı

Bakı şəhəri      

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" 25 iyun 2002-ci il tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 15-ci və 19-cu maddələrini, "Lisenziyalar və icazələr haqqında" 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Dövlət rüsumu haqqında" 04 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Azərbaycan  Respublikası Qanununun 22.0.39.6-cı maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6-cı və 9.6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

  1. Digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Televiziya və Radio Şurasının 08 fevral 2021-ci il tarixli qərarı ilə regional radio kanalının (Dağlıq Qarabağ və ətraf ərazilər) açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi hesab edilsin və ona regional radio yayımı üçün müddətsiz lisenziya verilsin.
  2. "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyəti regional radio yayımı üçün nəzərdə tutulmuş 500 (beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsini təmin etsin.

      

Sədr

İsmət  Səttarov