Milli Televiziya və Radio Şurasının 19 mart 2021-ci il tarixli 04/1 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:
- "ARB" televiziya kanalının (ARB TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 31-ci TV yayım kanalında HD formatında yayımlanması təmin edilsin.
- Bakı şəhəri və Abşeron yarımadası ərazisində 31-ci TV yayım kanalının yayım paketində aşağıdakı ardıcıllıq təmin olunsun:
-
ARB TV (HD)
-
ARB 24 TV (HD)
-
"ATV Plus" kabel yayımçısının retranslyasiya etdiyi televiziya kanalları.
İsmət Səttarov
Sədr