Milli Televiziya və Radio Şurasının 08 fevral 2021-ci il tarixli 02/1 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:
Şuşa radio-televiziya yayım stansiyasından FM radio yayımının həyata keçirilməsi üçün aşağıdakı işçi tezliklər ayrılsın:
- “Xəzər” radiosu – 98,0 MHs;
- “Azad Azərbaycan” radiosu – 98,3 MHs;
- “100.5 FM - Fərqli radio” – 93,5 MHs;
- “Avto FM” radiosu – 96,1 MHs;
- “Araz” radiosu – 97,1 MHs;
- “Space” radiosu – 99,0 MHs;
- “Radio Antenn” – 99,6 MHs;
- “Media FM” radiosu – 105,5 MHs.
İsmət Səttarov
Sədr