Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 29 dekabr 2020-ci il tarixli 13/2 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

Dağlıq Qarabağ və ətraf ərazilərdə FM radio yayımının həyata keçirilməsi üçün radiovericilərin tövsiyə olunan gücləri göstərilməklə aşağıdakı işçi tezliklər ayrılsın:

  • Azərbaycan Radiosu (Şuşa RTYS – 100,7 MHs, 5 kVt; Hadrut RTYS – 97,5 MHs, 3 kVt)
  • İctimai Radio (Şuşa RTYS – 90,7 MHs, 5 kVt; Hadrut RTYS – 92,5 MHs, 3 kVt)
  • Asan Radio (Şuşa RTYS – 100,3 MHs, 5 kVt; Hadrut RTYS – 95,3 MHs, 3 kVt)

 

İsmət Səttarov

Sədr