Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 29 dekabr 2020-ci il tarixli 13/1 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

1. Dağlıq Qarabağ və ətraf ərazilərdə SD formatlı televiziya yayımının həyata keçirilməsi üçün TV vericilərinin tövsiyə olunan gücləri göstərilməklə aşağıdakı TV yayım kanalları ayrılsın:

  • Şuşa radio-televiziya yayım stansiyası – 30-cu TVK; 2,4 kVt
  • Hadrut radio-televiziya yayım stansiyası – 47-ci TVK; 1,2 kVt

2. Sosial paketdə TV proqramlarının SD formatında olan mövcud ardıcıllığı saxlanılsın.

 

İsmət Səttarov

Sədr