Milli Televiziya və Radio Şurasının 28 fevral 2014-cü il tarixli 05/1 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanının 33.11-ci bəndini rəhbər tutaraq QƏRARA ALIR:
1. “ROBERTS CAFE” Məhdud Məsuliyyətli Cəmiyyətinə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət (teleradio yayımı) üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilsin.
2. “ROBERTS CAFE” Məhdud Məsuliyyətli Cəmiyyətindən 1000 (min) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.
Nuşirəvan Məhərrəmov
Sədr