Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurası 28 yanvar 2014-cü il tarixli 02/3 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32.0.1, 32.0.9, 35.5-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.7-ci bəndini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.2, 2.8-ci bəndlərinin tələblərini rəhbər tutaraq QƏRARA ALIR:

ANS televiziyasının efirində 23 yanvar 2014-cü il tarixdə saat 07:00-10:00 intervalında canlı yayımlanan «Salam Azərbaycan» verilişində və 24 yanvar 2014-cü il tarixdə  saat 13:00-da yayımlanan bədii filmdə uşaqların və yetkinlik yaşına çatmayanların psixi inkişafına ziyan vura bilən qorxulu səhnələrin nümayişi, 25 yanvar 2014-cü il tarixdə saat 22:00-da yayımlanan «Bu da bu» yumoristik verilişində qeyri-etik məzmunlu ifadələrə yol verilməsi, 22 yanvar 2014-cü il tarixdə «Həm ziyarət, həm ticarət» bədii filminin 39 dəqiqədən, 28 yanvar 2014-cü il tarixdə isə «Stüart littl» bədii filminin 37 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti” 1000 (min) manat məbləğində cərimə edilsin.
 

 
                                                                                                       Nuşirəvan Məhərrəmov

Sədr