Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli 01/1 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 24, 32.3, 33.1.1, 187-1.0.1-ci maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.7-ci bəndini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələblərini rəhbər tutaraq QƏRARA ALIR:
10 yanvar 2014-cü il tarixdə saat 16.30-da ANS televiziyasında efirə gedən «Adam içində» verilişində hipnoz səhnələrinə və müvafiq icra hakimiyəti orqanı tərəfindən icazə verilməyən müalicə metodlarının reklamına yol verilməsi ilə əlaqədar olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilsin.
Nuşirəvan Məhərrəmov
Sədr