Azərbaycan Respublikası Audiovizual Şurası

"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" 19 aprel 2013-cü il tarixli Qərar

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

Babanlı Yusif Məmməd oğlu – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;

Nurullayev Fuad İzzət oğlu – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;

Qafarova Zemfira Həsən qızı – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.

 

O. Əsədov

 Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 19 aprel 2013-cü il

№ 599-IVQR