Azərbaycan Respublikası Audiovizual Şurası

“Rəqəmli televiziya və radio yayımı tariflərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının 6-cı hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


"Rəqəmli televiziya və radio yayımı tarifləri" təsdiq edilsin (əlavə olunur).


 
Azərbaycan Respublikasının Baş naziri 
Artur Rasi-zadə
Bakı şəhəri, 11 may 2016-cı il
                  № 189
 
 

 
 

Rəqəmli televiziya və radio yayımı tarifləri

Sıra

№-si

Xidmətin adı

Tarif, manatla

(ƏDV daxil olmaqla)

 

Rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün

1.

50 Vt-a qədər, 50 Vt daxil olmaqla

0,38

2.

50 Vt-dan -300 Vt-a qədər, 300 Vt daxil olmaqla 

0,65

3.

300 Vt-dan -1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla

0,88

4.

1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla

1,06

5.

3000 Vt-dan yuxarı

1,16

 
Qeyd: Bu tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları daxildir.