Azərbaycan Respublikası Audiovizual Şurası

İSMƏT SƏTTAROV

İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirmiş, 2002-ci ildə Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültədə magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2000-2004-cü illərdə bank sektorunda çalışmış, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərmişdir.

2011-ci ildən "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra etmiş, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 19.09.2016-cı il tarixindən "ARB Media Qrupu"nun rəhbəri olmuş, "ARB 24" MMC-nin direktoru vəzifəsini icra etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2020-ci il Sərəncamı ilə İsmət Səttarov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. Milli Televiziya və Radio Şurasının 06 aprel 2020-ci il tarixli iclasında Şuranın sədri seçilmişdir.

30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli "Media haqqında" Azərbaycan Respublikası Qanununda audiovizual media sahəsini tənzimləyən orqan kimi Azərbaycan Respublikası Audiovizual Şurası müəyyən edilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2022-ci il tarxli 1589 nömrəli Fərmanına əsasən Milli Televiziya Radio Şurasının hüquqi varisidir. Fərmanın 4.2-ci yarımbəndinə əsasən Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini Azərbaycan Respublikası Audiovizual Şurasında davam etdirirlər.

Azərbaycan Respublikası Audiovizual Şurasının 09 fevral 2022-ci il tarixli iclasında İsmət Səttarov Azərbaycan Respublikası Audiovizual Şurasının sədri seçilmişdir.

Evlidir, bir övladı var.