Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 17 avqust 2020-ci il tarixli 12/2 saylı Qərarı

Bakı şəhəri                                                                                               

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “ATV” televiziya kanalının efirində bir saatda yayımlanan reklam həcminin aşılmasına görə (15 dəqiqə 46 saniyə) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.5-ci, 35.7-ci, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq qərara alır:

1. “ATV” televiziya kanalının efirində 20 avqust 2020-ci il tarixdə proqramların yayımı 3 (üç) saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılsın.

2. “ATV” televiziya kanalı, ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (saat 08:00-dan 11:00-dək) özünün efirində yayımlamalıdır.

3. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.

 

İsmət  Səttarov

Sədr