Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 5 fevral 2020-ci il tarixli 02/2 saylı Qərarı

Bakı şəhəri                                                                                              

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 6.3.1, 23.1.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.5, 8.20, 9.9-cu bəndlərinin tələblərini rəhbər tutaraq qərara alır:

1. “ATV PLUS” MMC “TV Texservis” MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil edildiyinə və onun hüquqi varisi olduğuna görə “TV Texservis” MMC-yə Şura tərəfindən  abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 18 mart 2016-cı il tarixli 130 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.

2. “ATV PLUS” MMC-nin “TV Texservis” MMC-nin hüquqi varisi olduğuna görə Şuranın 09 avqust 2017-ci il tarixli 02/4 saylı və 27 dekabr 2018-ci il tarixli 11/4 saylı müvafiq qərarları ilə “TV Texservis” MMC-nin istifadəsinə verilmiş 22-ci və 31-ci TV yayım kanalları “ATV PLUS” MMC-nin istifadəsinə verilsin.

 

Nuşirəvan Məhərrəmov

Sədr