Milli Televiziya və Radio Şurasının 10 yanvar 2020-ci il tarixli 01/1 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndini, “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.9-cu bəndini rəhbər tutaraq qərara alır:
Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə iddiaçıların sayı 3-dən az olduğuna görə ləğv olunsun.
Nuşirəvan Məhərrəmov
Sədr