Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli 07/2 saylı Qərarı

Bakı şəhəri                                                                                                  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 30-cu maddəsini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kabel yayımçıları (kabel, efir-kabel, internet, peyk üsulları ilə retranslyasiya aparan operatorlar) öz baza paketlərində Milli Televiziya və Radio Şurasından ümumrespublika televiziya və ya radio yayımçısı lisenziyası almış Azərbaycan Respublikası yayımçılarının proqramlarının yayımlanmasını təmin etsinlər.

 

Nuşirəvan Məhərrəmov

Sədr