Milli Televiziya və Radio Şurasının 28 iyun 2019-cu il tarixli 06/4 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:
1. Bakı televiziya qülləsindən Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və TRT 1-in yayımı SD, HD və Full HD formatlarında ayrıca və ya paket formasında aparılsın.
2. 29-cu TV yayım kanalında “Xəzər” televiziyasının HD formatında yayımı həyata keçirilsin.
3. 31-ci TV yayım kanalında “ARB 24” televizyasının Full HD formatında yayımı “ATV+” kabel şəbəkəsi yayımçısına məxsus TV proqramlarının yayımı ilə birlikdə həyata keçirilsin.
4. 34-cü TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla DVB-T2 standartı üzrə həyata keçirilsin:
- İTV Full HD
- CBC Sport TV HD
5. 37-ci TV yayım kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
- AzTV HD
- Mədəniyyət TV HD
- İdman TV HD
- Real TV HD
6. 48-ci TV yayım kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla SD formatında həyata keçirilsin:
- AzTV
- Mədəniyyət TV
- İdman TV
- İTV
- Lider TV
- Space TV
- ATV
- Xəzər TV
- ARB TV
- Real TV
- TRT 1
7. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 05 fevral 2019-cu il tarixli 2/2 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.
Nuşirəvan Məhərrəmov
Sədr