Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 28 fevral 2019-cu il tarixli 03/1 saylı Qərarı

Bakı şəhəri                                                                                                  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48, HD yayım üçün 37-ci tezlik resursuna) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilsin.

2. Müsabiqə barədə rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə və Milli Televiziya və Radio Şurasının internet səhifəsində elan yerləşdirilsin.

 

Nuşirəvan Məhərrəmov

Sədr