Milli Televiziya və Radio Şurasının 5 fevral 2019-cu il tarixli 02/2 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:
1. Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və TRT1-in yayımı üç paketdə aparılsın.
2. 37-ci TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
- AzTV HD
- Mədəniyyət TV HD
- İdman TV HD
3. 48-ci TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
- AzTV
- Mədəniyyət TV
- İdman TV
- İTV
- Lider TV
- Space TV
- ATV
- Xəzər TV
- ARB TV
- ARB-24
- TRT 1
4. 34-cü TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
- İTV Full HD
- CBC Sport HD
5. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 30 yanvar 2018-ci il tarixli 02/3 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.
Nuşirəvan Məhərrəmov
Sədr